Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

SİA-nın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb. Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifinə əsasən belə bir qərar qəbul edib.

Bundan sonra, təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə