Aşqabadda ATƏT-in regional seminarı keçirilir

Aşqabadda ATƏT-in “Regional qarşılıqlı iqtisadi əlaqələr yolunda – ticarətə və nəqliyyata yardımın milli mexanizmləri” mövzusunda regional seminar işə başlayıb. ATƏT-in Aşqabad Mərkəzinin Türkmənistan tərəfinin köməyi ilə təşkil etdiyi seminarda ATƏT-in, Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Bundan əlavə, seminarda Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın nümayəndələri, habelə beynəlxalq ekspertlər və başqa əlaqədar tərəflər iştirak edirlər.

Seminarın məqsədi gömrük mexanizmlərinin, rəqəmsallaşdırmanın və dövlət tərəfdaşlığının tənzimlənməsi vasitəsilə ticarətin sadələşdirilməsi, nəqliyyatın və tranzitin idarə olunması məsələlərini müzakirə etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...