Bu il Naxçıvanda 40,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub

Bu ilin yanvar-aprel aylarında muxtar respublikada 40 milyon 232 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə diri çəkidə ət istehsalı 7 min 940 tona, süd istehsalı isə 25 min 676 tona yaxın olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı isə 1,6 faiz artıb.

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2019-cu ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 24 milyon 51 min 100 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 3 milyon 458 min 200 manatı və yaxud 14,4 faizi qısamüddətli, 20 milyon 592 min 900 manatı və yaxud 85,6 faizi uzunmüddətli kreditlər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...