Hərbçilərimiz “BOO-2019” yarışları üzrə növbəti konfransda iştirak ediblər

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının növbəti beynəlxalq konfransında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tədbirdə yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, müsabiqənin təşkil ediləcəyi ərazilərə baxış keçirilib.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.

“Beynəlxalq ordu oyunları - 2019” yarışlarının avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...