Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir - FOTOLAR

Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, GİN-nin dəstəyi,Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan səfərin ilk günü nümayəndə heyətimiz qardaş respublikanın Samsun şəhərində olub. Qonaqlar əvvəlcə Mustafa Kamal Atatürkün 100 il əvvəl gəldiyi əraziyə gedərək Samsun Limanında keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Nümayəndə heyəti daha sonra Mustafa Kamal Atatürk ve 18 silah yoldaşının Milli Mücadələni başlamaq üçün Samsuna çıxışının 100-cü ildönmü münasibətiylə Cumhuriyyət Meydanında keçirilən bayram tədbirlərinə qatılıblar. Tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Elçin Nəcəfov, Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Azərbaycan Əfqanıstan Veteranları İB-nin sədri Məhəmməd Vəliyev, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli,Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədr müavini, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanlı, Aprel qaziləri və Türkiyə Müharibə Qazilər Dərnəyinin üzvləri ştirak ediblər.

Atatürkü Anma, Gənclik ve İdman Bayramının qeyd olunması Samsun Səhra Səhiyyə Okulu ve Tədris Mərkəzi Komandanlığının Bölge Bando Taqımın müşayətiylə İstiklal Marşının oxunmasıyla başlayıb.

Tədbirdə Samsun valisi Osman Kaymak çıxış edərək Qazi Mustafa Kemal Atatürkün 16 Mayda İstanbuldan yola çıkarak, üç günə Samsuna çatmasıyla başlayan İstiqlal mücadələsinin əsası olan 19 Mayın tarixi əhəmiyyətindən danışıb.

Bayram tədbirində Türkiyə Mehtər Bölüyünün və müxtəlif qrupların təqdim etdiyi konsert proqramı nümayiş etdirilib.

Mərasimdə Türkiyə Muharibə Qaziler Dərnəyinin rəhbəri M.Şükrü Tandoğan və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edərək hər iki dövlərin ortaq qayğılarından və uğurlarından danışıblar.

Türkiyəyə səfər çərçivəsində Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Samsunda verdiyi iftar süfrəsinə qatılıblar. İftar süfrəsindən sonra Rəcəb Tayyib Ərdoğanla səfər iştirakçılarının qısa söhbəti olub. Söhbətdə Emin Həsənli məlumat verib ki, iki qardaş ölkənin dövlət qurumları arasında olan yüksək səviyyəli münasibətlər QHT-lər müstəvisində də uğurla inkişaf edir. Azərbaycan və Türkiyə qaziləri arasında qarşılıqlı səfərlərin təşkili 4 il əvəl başlanıb və uğurla davam etdirilir. Nümayəndə heyətimizlə səmimi söhbət edən Rəcəb Tayyib Ərdoğana Azərbaycan və Türkiyə Prezidentlərinin birgə rəsmi və digər hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Türkiyə Cumhuriyyəti Cumhurbaşqanlığının rəsmi https://www.tccb.gov.tr saytında prezdent Rəcəb Tayyib Ərdoğanın Samsunda səfərdə olan Azərbaycan qaziləri ilə görüşünü əks etdirən fotolar paylaşılıb.

Səfər proqramının ikinci mərhələsində İstanbul şəhərində Türkiyənin müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə turulur.

Bütün xəbərlər Facebook səhifəmizdə