Şəhid Rasim Məmmədovun xatirəsinə turnir keçirilib -TƏDBİR- FOTOLAR

Bu gün Bakı Biznes və Kooperasiya Kollecində şəhid mayor Rasim Məmmədovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib. SİA-nın məlumatına görə, turnir Nərimanov rayon Gənclər və İdman İdarəsi, Bakı Biznes və Kooperasiya Kollecinin təşkilatçılığl ilə məktəblilər arasında keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Şəhid mayor Rasim Məmmədovun xatirəsi bir dəqiqəlik sükurla yad olunub.

Turnirin açılışında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, kollecin direktoru, şəhid ailələrinin üzvləri və müəllimlər çıxış edib.

İdman idarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, aprel şəhidi Rasim Məmmədovun adına keçirilən bu turnir ənənəvi hal alacaq: “Biz artıq 4-cü şəhidimizin xatirəsinə turnir keçiririk. İgid əsgərlərimizin şərəfli döyüş yolu daim anılmalı, onların xatirəsi hər birimiz tərəfindən əziz tutulmalıdır. Arzu edirik ki, aprel döyüşlərində qazandığımız uğur davam edəcək və biz şəhidlərimizin qisasını düşməndən alacağıq”.

Kollecin direktoru Fatimə Quliyeva öz çıxışında uşaqlara uğurlar arzulayıb, onlara bütün sahələrdə qalib olmağı diləyib.

Daha sonra şahmat turnirində qalib gələn şagirdlərə, medallar, kubok və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə