Balasanyan-Babayan münasibətləri kəskinləşib

“Samvel Babayanın Monte Melkonyanın həlak olmasının səbəblərini mənimlə əlaqələndirilməsi cəhdlərini ən azı axmaqlıq hesab edirəm”. Erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun “təhlükəsizlik şurasının sədri” Vitalı Balasanyan deyib.

Onun sözlərinə görə, Qarabağda müxəlif yaşayış məntəqələrində əhali ilə fəal görüşlərə başlayan Samvel Babayanın məlum bəyanatları axmaqlıqdır.

“Babayan ilk öncə həyasızcasına bəyan edir ki, əməliyyat haqqında məlumatı olmayıb. Bununla da o, müharibədə əldə edilən bütün nailiyyətlərin yalnız ona aid olduğunu, uğursuzluqların isə digər generallara aid olmasını göstərmək istəyir. Bəs bu, ədalətlidirmi? Bu, “qəhrəman” insanın davranış tərzidirmi? Əvvəla Monte Melkonyanın həlak olduğu yeri xəritə üzərində təsəvvür etməyiniz üçün həmin ərazini xəritədə təqdim edirəm. Bu danılmaz faktdır. Mənim komandanlıq etdiyim ərazidən Monte Melkonyanın həlak olduğu ərazi 15,5 km məsafədə yerləşirdi. İkincisi Monte Melkonyan döyüş tapşırığını yerinə yetirdikdən sonra, qayıdarkən həlak olub”.

Balasanyan, onunla Melkonyan arasında rabitə vasitəsilə son danışıq səslərinin mövcud olduğunu xatırladaq, müharibə zamanı baş verən bir sıra hadisələrə də nəzər salıb: “Qeyd edim ki, rəqibin BMP 1 zirehli texnikası təəssüf ki, qoşunlarımızın arxa cəbhəsində qalıb və komandirin ölümünə səbəb olub. Bu, müharibədə ilk hal deyildi. Bu kimi hadisə digər yaşayış məntəqələrinin tutulması zamanı da baş verib. Hərbi əməliyyatlar başa çatdıqdan sonra məlum olub ki, arxa cəbhədə düşmən silahlıları və yaxud zirehli texnikası qalıb.

Nəhayət mənim və Melkonyan arasında rabitə vasitəsilə son danışıq səslərimiz də qalıb. Həmin danışıqlar zamanı mən, Melkonyana əldə etdiyimiz nailiyyətlər barədə məlumatlar verirəm. Radioəlaqənin qeyri-peşəkar müdafiə olunması ilə əlaqədar bundan artıq məlumat verə bilməzdim.

Yeri gəlmişkən ilk dəfə bəyan etmək istəyirəm ki, Melkonyanı öldürən həmin o BMP 1 zirehli texnikası Əsgəran döyüşçüləri tərəfindən Ağdamın tutulması zamanı vurulub. Eyni qaydada Əsgəran tank abidəsi ilə bağlı Samvelin məsləhətləri barədə də deyə bilərəm. O, həmin tank abidəsinin yerində mənim abidəmin qoyulmasını təklif edir. Bəli, əslində vaxtı ilə bizim istehkamçılar ərazini təmamilə minalardan təmizləməyi bacarmayıblar. Lakin mənə məruzə edilmişdi ki, ərazinin minadan təmizlənməsi üzrə tapşırıq yerinə yetirilib. Ancaq yəqin Samvel Babayanın yadından çıxıb ki, bizim minadan təmizləmə avadanlıqlarımız kifayət qədər keyfiyyətli deyildi və daim tapşırığı layiqincə yerinə yetirmək mümkün olmurdu”.

Balasanyan, hər şeyin dəyərdən salındığını bildirməklə özündən çıxıb və qapalı hadisələr barədə bəzi detalları açıqlayıb.

“Niyə hərdən ucuz dvidentlər əldə etmək üçün bu qədər alçaqlığa yol verilir? Bəs neçə yerdə onun abidəsini ucaltmaq lazım idi? Bu barədə danışaq. Niyə hər şeyi dəyərdən salırlar? Samvel Babayan döyüş komandirləri Vangetsi Yura, 5-ci müdafiə rayonunun komandiri Norayr Danielyan, yaxud ali şuranın sədri Artur Mkrtçyanın qətlləri haqqında danışır. Elə bir adam varmı ki, həmin dövrdə Qarabağda yaşasın və iddia etsin ki, Samvel Babayan müstəsna hakimiyyətə malik idi. Daha doğrusu bu qətllərin açılmasını istəyir, lakin bacarmırdı. Bilirsiz niyə bu qətllərin üstü açılmırdı? Çünki bu qətllərdə şəxsən onun günahı var idi. Bu gün onun alçaqlığı o dərəcəyə çatıb ki, o, Xankəndinin mərkəzində “prezident”ə qarşı terrorun təşkil edilməsi barədə də ictimai şəkildə təkzib verir. Guya onun bu terrorla heç bir əlaqəsi olmayıb. Guya onun dövründə Qarabağda hökm sürən və həyata keçirilən təzyiqlərdən, zorakılıqlardan məlumatı olmayıb”, - deyə Balasanyan Qarabağdakı qanunsuz idarəetmə tərkibində baş verən eybəcərlikləri etiraf edib.

O, hüquqi sahədə Babayanın məsuliyyət daşıyacağına, törətdiyi cinayətlərə və cəzasız qalmış cinayətlərə görə cavab verəcəyinə əmin olduğunu bildirib.

“Əsgəran qalasının hasarları arxasında gizlənmş komandir olsaydım, ondan 20 km arxada olan Samvel Babayanın dediyi kimi necə olub ki, bəs ilk Kəlbəcər əməliyyatında, Drmbon yaşayış məntəqəsində yaradılan qərargahın koordinasiya komandiri olub. Yaxud 94-cü ilin yanvar ayında necə olub ki, Kəlbəcərin tutulması üçün son əməliyyatın həyata keçirilməsi ona həvalə edilib? Nəhayət atəşkəs müqaviləsinin imzalanmasından sonra Samvel Babayanın komandanlığı altında düz 6 il məsul ordu qurucuğu işləri ilə məşğul olub. Bəs, niyə Samvel Babayan Vitali Balasanyanı və ya digər komandirləri uğursuzluğa uğramış komandirlər olaraq, xidmətdən azad etməyib? İndi isə qəflətən 20 ildən sonra bişmiş yaddaşını yeniləyərək, xalq qarşısında nə pis hərbçilərdir, kolxoz sədrləridir, deyə həmin generalları pisləməklə qoşunları qırğına verdiklərini yada salıb...

Çox ciddi şəkildə Samvel Babayana qarşı çıxaraq demək istəyirəm ki, şəxsi maraqları nə qədər böyük olsa da, qoşun qarşısında bu dərəcədə hörmətsiz olmaq və əxlaqsız ifadə səsləndirmək olmaz. Kolxoz rəhbəri missiyasına gəldikdə isə, qeyd etmək lazımdır ki, bu birbaşa səviyyə məsələsidir. Ona görə ki, kolxoz sədrləri ölkəmiz üçün nəticə əldə edən insanlar idi. Onlar ictimaiyyət tərəfindən böyük hörmətə malik insanlardır. Bütün bunlarla yanaşı onu da deyim ki, Samvel Babayan hərbçiyə yaraşmayan davranış tərzi nümayiş etdirir. Davamlı olaraq, sağa-sola məsuliyyətsiz bəyanatlar verir. Buna görə də hamımız şahidik ki, bu gün onun yanında döyüş yolu keçənlər deyil, keçmişdə müxtəlif cinayətləri törətməkdə ittiham edilən cəmiyyətdə aşağı mənəvi dəyərlər daşıyan insanlar durur. Ola bilər ki, Samvel Babayan özünü onlarla daha yaxşı hiss edir, çox təəssüf edirəm”, - deyə Balasanyan fikirlərini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...