Salyanda avtomobili aşıb, 2 nəfər xəsarət alıb

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət aıb. SİA xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Magistral yolda hərəkətdə olan minik maşını aşıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri Ramil Verdiyev və Nemət Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə