İctimai Birlik layihəsinə start verib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi layihəsinin icrasına start verib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı "Hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər" layihəsi üzərində çalışır.

"Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai birliyinin sədri Gülşən Behbud bildirib ki, layihənin məqsədi Azərbaycan gənclərinin və yeniyetmələrinin vətənpərvərlik ruhunda yetişməsi və vətənpərvərliyi sözdə deyil , əməllərdə göstərmək üçün təşəbbüslərin təklif edilməsi və icra edilməsidir. Bu məqsədlə bir çox təhsil ocaqlarındagörüşlərin, könferansların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, layihə Azərbaycanda hərbi vətənpərvərlik və hərbi xidmətdə könüllülüyün təbliğ olunması məqsədi ilə də həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...