ETSN laboratoriya rəisi və baş mühəndis vəzifələrinə işçi qəbulu elan edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasında boş olan laboratoriya rəisi və baş mühəndis vəzifələrinə işçi qəbulu elan edib. SİA xəbər verir ki, namizədlərdən kimya, biologiya, ekologiya üzrə bakalavr və yuxarı təhsil səviyyəsi, uyğun sahədə 1 ildən çox iş staji tələb olunur.

Laboratoriya rəisi və baş mühəndisin vəzifə funksiyalarına cənub regionu ərazisində yerləşən məntəqələrdən su, torpaq, yağıntı nümunələrinin götürülməsi, analiz olunması, nəticələrin və Cənub Regional Hidrometeorologiya Mərkəzinin Müəssisələri tərəfindən götürülən radioaktivlik üzrə planşet nümunələrinin mərkəzə göndərilməsi və digər inzibati-texniki fəaliyyətlər daxildir.

İş yeri Neftçala şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşir və 5 günlük iş rejimi ilə tənzimlənir.

Müraciət etmək istəyənlər nazirliyin internet səhifəsinin elanlar bölməsindən və ya (012) 440-30-26 nömrəli telefonla əlaqə saxlamaqla daha ətraflı məlumat ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə