Bu gün Ramazan ayının 5-ci günüdür - CƏDVƏL

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

(Əl Bəqərə surəsi, 183-cü ayə)

Bu gün müqəddəs Ramazan ayının 5-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən tərtib edilən təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.

Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi). Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür. Ramazan bayramı iyunun 5-6-na təsadüf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə