“Ruh” Jurnalistlərin Müdafiəsi İB yeni layihənin icrasına başlayıb

“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdıracağı “Söz, fikir və ifadə azadlığının dərinləşməsi üçün maarifləndirmə işlərinin aparılması” layihəsinin icrasına başlayıb. Layihə 2019-cu ilin may-iyul aylarını əhatə edir.

Layihədən məqsəd müxtəlif vətəndaş qruplarını söz, fikir və ifadə azadlığının, plüralizmin mahiyəti barədə məlumatlandırmaqdan, onların söz azadlığının ifadə meydanı sayılan media vasitələri ilə qarşılıqlı təmaslarının həm KİV prinsipləri, həm də ictimai maraqlar baxımından uzlaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Layihə çərçivəsində Yevlax, Quba və Astara rayonlarında maarifləndirici xarakterli “dəyirmi masa”ların təşkili nəzərdə tutulur. Tədbirlərdə layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat veriləcək. Həmçinin elektron mediadan və sosial şəbəkələrdən istifadənin xüsusiyyətləri, mövcud istiqamətdəki neqativ və pozitiv cəhətlər, insan hüquq və azadlıqlarının qorunmasındakı yerli və beynəlxalq qanunvericilik ilə bağlı ekspert rəyi dinləniləcək, müzakirələr təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə