"Start-up gənclər üçün maarifləndirici görüşlər" FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Konqres Mərkəzində 80 nəfərlik "Start-up gənclər üçün maarifləndirici görüşlər" layihəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, layihənin əsas məqsədi gəncləri start-up haqqında bilgiləndirmək və gənclərdə start-up haqqında müəyyən bir düşüncə yaratmaqdır. Layihə dünyamızda olan inkişafın nəticəsi yeni start-up-ların yaranmasında bizim ölkəmizin də rolu olması üçün bu sahəyə marağı olan gənclərə müəyyən biliklər verməkdən ibarətdir.

Layihənin spikerləri Coşqun Kərimov və Orxan Əhmədov iştirakçılara öz təcrübələrindən çox maraqlı və dəyərli bilgiləri bölüşüb. Start-up haqqında baza biliklər, start-up biznes layihələrinə başlamağın yolları, global bazarlarda yeniliklər və izləmə mexanizmləri, ilkin addımlar və davamlılığın qorunması, təcrübəli şəxslərin uğurlu və uğursuz "case"ləri kimi mövzulara toxunulub.

Layihənin ilk 4 hissəsi də uğurla tamamlanıb və iştirakçılara start-up haqqında çox maraqlı və biznes mühitində istifadə edə biləcəkləri lazım olan bilgilər verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə