Mədəniyyət kanalı qiraət müsabiqəsi elan edib

Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı dahi Azərbaycan şairi İmaddədin Nəsimin 650 illiyinə həsr olunmuş “Səsin sehri” televiziya qiraət müsabiqəsi elan edib. Müsabiqədə 18-35 yaşında olan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin surəti, 6x9 ölçüdə iki ədəd foto və əlaqə telefonu tələb olunur. Sənədlər mayın 1-dən 15-dək Bakı şəhəri, Mehdi Hüseyn küçəsi 1 ünvanına – Azərbaycan Televiziyasına təqdim olunmalıdır. Əlavə məlumat üçün 012 492 14 58 və ya 050 492 14 58 nömrəsi ilə əlaqə saxlamaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə