“Azərbaycanın Mədəniyyəti, Ənənələri və Peyzajı” FOTOLAR

Braziliya Milli Konqresinin binasında, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi, Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan – Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun dəstəyi ilə, görkəmli Azərbaycan şairi İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş “Azərbaycanın Mədəniyyəti, Ənənələri və Peyzajı” adlı foto sərginin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, foto sərginin açılışı zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının mədəniyyəti, adət ənənələri, eləcədə Azərbaycan və Braziliya arasında formalaşmış ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı haqqında, tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə, həmçinin, Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan – Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajado çıxış edərək, Azərbaycanla Braziliya arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.

Tədbirdə, Braziliya Parlamentinin deputatları, senatorları, Braziliya Xarici Əlaqələr Nazirliyinin əməkdaşları, eləcədə Braziliya akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.. Foto sərginin açılış mərasimi yerli mətbuat tərəfindən işıqlandırılıb. Foto şəkillər Braziliya Milli Konqresində aprel ayının 23-dən, may ayının 3-nə kimi sərgilənəcəkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə