Moskvada beynəlxalq təhlükəsizlik konfransı keçirilir

Bu gün Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən çox nümayəndə iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi tədbir çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə