Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda

Azərbaycanda səfərdə olan Ankara Ticarət Palatasının sədri Gürsel Baranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüblər.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə