Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb

Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Azərbaycan Ordusunun mart ayının əvvəlində qar uçqununa düşən hərbi qulluqçuları gizir Abdullayev Hafiz Məhəd oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...