Türkiyədə yeraltı təkanlar qeydə alınıb

Aralıq dənizində yeraltı təkanlar qeydə alınıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi informasiya yayıb.

Xəbərə görə, zəlzələnin şiddəti 3,9 bal gücündə olub. Episentri Antalyanın Qaş ilçəsinin 118 km məsafadə yerləşən zəlzələ yerin 25,8 km dərinliyində baş verib.

Bundan başqa, səhər saatlarında Malatyada da 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Şəhərin Arquvan ilçəsində son 1 ayda meydana gələn zəlzələlər zamanı tələfatlar baş verib. Sakinlər zəlzələlərin ziyan vurduğu evlərinə daxil olmaqdan belə qorxurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə