Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq, Komitə nümayəndələri bu günlərdə Hərbi Dəniz Qüvvələrində dənizçilərlə görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...