Əli Əhmədov Şəkidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib FOTOLAR

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, bu gün Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilir. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Milli Məclisin bir qrup deputatı müşavirədə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə