LDU-da Tələbə Elmi Cəmiyyətinin I elmi konfransı keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda universitet Tələbə Elmi Cəmiyyətinin I elmi konfransı keçirilib. LDU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransa Azərbaycan Dövlət Himninin ifası ilə start verilib.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iştirakçıları salamlayıb və konfransa işində uğurlar arzu edib.Lənkəran Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə ilk dəfə elmi konfransın təşkil edilməsini böyük uğur kimi dəyərləndirən professor Natiq İbrahimov bu günkü gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, potensialı olduğunu deyib,tələbələrin elmi tədqiqata həvəsini yüksək dəyərləndirib, rəhbərlik tərəfindən istedadlı tələbələrə hər cür dəstək göstəriləcəyini deyib.Natiq İbrahimov ölkədə aparılan böyük təhsil islahatlarından, LDU-da təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi istiqamətində gedən çoxşaxəli fəaliyyətdən də geniş bəhs edib.

Konfransın rəsmi hissəsində Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Samir Salayev “Tələbə Elmi Cəmiyyəti qurumlarının fəaliyyətində və inkişafında H.Əliyev şəxsiyyətinin rolu, LDU tələbə Elmi Cəmiyyətinin keçdiyi yol”,universitetin Aqrar və mühəndislik fakültəsi üzrə TEC-in sədri Tale Ələskərzadə “Aqrar sahənin inkişafında ümummilli lider H.Əliyevin uğurlu siyasəti”,Təbiyyat fakültəsi üzrə TEC-in sədri Murad Şahverdiyev “H.Əliyev və müasir Lənkəran Dövlət Universiteti”,Humanitar fakültə üzrə TEC-in sədri Aynur Rzayeva “Qloballaşan dünya təhsilinə inteqrasiya prosesində H.Əliyev siyasətinin rolu”mövzularında çıxış ediblər. Rəsmi hissədən sonra konfrans işini bölmələr üzrə davam etdirib.

4 bölmə üzrə tələbələr müxtəlif mövzularda 123 tezis təqdim ediblər. Konfransın yekununda bölmə iclasları üzrə hesabatlar dinlənilib və ən maraqlı tezislər fərqləndirilib.

Tədbiri universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov yekunlaşdırıb və iştirakçılara maraqlı çıxışlara görə minnətdarlıq bildirib.Konfransda maraqlı tezislərlə çıxış edən gənc tədqiqatçıların universitet tərəfindən təşəkkürnamələrlə təltif edilməsi qərara alınıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə