Fransız iş adamları kilsənin bərpasına 100 milyon avro ayırdı

Fransada Artemis və Kering şirkətlərinin sahibi olan Pino ailəsi Parisin Notr Dam kilsəsinin yanğından sonra bərpası üçün 100 milyon avro ayırıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ayrılan vəsait kilsənin bərpası üçün “lazımi tədbirlər” üzrə xərclənməlidir.

Qeyd edək ki, ötən gün axşam saatlarına Parisdə Notr-Dam kilsəsində yanğın baş verib. Yanğın söndürülsə də,"tarixi abidənin bilmədən yandırılması" maddəsi üzrə istintaq işlərinə başlanılıb. Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə