Müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamına əsasən, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur. Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya bildiriblər ki, Sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq. Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir. Təqaüdün ödənilməsi üçün il ərzində 80 milyon manat məbləğində əlavə vəsait ayrılacaq.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə