Paytaxtda hər gün Novruz şənlikləri olacaq FOTOLAR

Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə bayram günləri ərzində paytaxt Bakı şəhərində müxtəlif kütləvı tədbirlər və konsert proqramları təşkil olunur. SİA-nın verdiyi məlumata görə, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir.

Tədbirlər çərşivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunmuşdur. Bayram tədbirlərində tanınmış incəsənət ustaları ilə yanaşı rayonların mədəniyyət ocaqlarının bədii kollektivlər xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəngarəng konsert proqramı ilə çıxış etmiş, pəhləvanlar öz məharətlərii göstərmişlər.

Bayram tədbirləri həmçinin paytaxtın dıgər məhəllələrində də keçiriləcəkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...