Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu il "Azərbaycan payızı" festivalı keçiriləcək. SİA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi sakrebulosunun (şəhər şurası) majoritar deputatı Rima Beradze bildirib. O deyib ki, festival payız aylarının birində şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində təşkil olunacaq: "Azərbaycan payızı" festivalı Gürcüstan paytaxtında ilk dəfə baş tutacaq. Festival iştirakçıları Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış ola biləcəklər".

Qeyd edək ki, Tbilisidə dost ölkələrə həsr olunmuş festivalların keçirilməsi ənənəsi 2016-cı ildən davam etdirilir. Ötən ilin may ayında şəhərin Kiyev küçəsində "Ukrayna baharı" festivalı keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...