Bakıda “Caspian Agro” sərgisi keçiriləcək ANONS

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı "Caspian Agro" sərgisi keçiriləcək. Bu barədə SİA-ya sərginin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

Məlumata görə, "Caspian Agro 2019" sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək. Bu il sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək. Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edəcəklər. Gürcüstan və Niderland Krallığı sərgidə milli stendlərlə çıxış edir. Həmçinin bu il Mərakeş sərgidə ilk dəfə çıxış edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...