Evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq

Dövlət başçısının tapşırığına əsasən, istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavasitə ünvanlarda sakinlərə çıxarışların verilməsinə başlanılıb və işlər davam etdirilir. XəzərXəbər Vergilər Nazirliyinə istinadən xəbər verir ki,bununla xeyli sayda mənzilin, evin, torpaq sahələrinin sənədləşdirilərək əmlak bazarına daxil olunmasına şərait yaradılır. Bu isə büdcə daxilolmalarının, o cümlədən həmin sektordan əldə ediləcək vergilərin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.

Sonrakı mərhələdə isə fərdi yaşayış evlərinin sənədləşdirilməsinə başlanılacaq. Bu, digər sektorların da gəlir əldə etməsinə və vergi ödəməsinə şərait yaradacaq. Sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortalanmasından xeyli ödəniş əldə edə biləcəklər ki, bu da sığorta bazarının canlanması üçün mühüm amildir.

Qeyd edək ki, əmlakın illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, rayonlarda 30 manat müəyyən edilib. Bu da vətəndaşların əmlaklarını bir çox risklərdən qorumağa imkan verir. Bu gün evlərin sənədlərinin olmaması vətəndaşların həmin xidmətlərdən yararlanmasına əngəl törədir. Fərdi yaşayış evlərinin çıxarışlarla təmin edilməsi bankların da işini canlandıra bilər. Belə ki, vətəndaşlar evlərini girov qoyaraq kreditlərdən yararlana biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...