Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub

Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Bayram münasibətilə hərbi qulluqçuları təbrik edən müdafiə naziri onlara sovqatlar təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Tibb heyəti ilə görüşən nazir hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.

Görüşün sonunda müdafiə nazirinin əmri ilə hospitalın rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...