DSX-nın rəisi Novruz bayramını iranlı həmkarı ilə birlikdə qeyd edəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Novruz bayramını İrandan olan həmkarı ilə birlikdə qeyd edəcək.

DSX-dan SİA-ya bildirilib ki, martın 20-dən 21-nə keçən gecə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri Novruz bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...