İslahatlarla bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır İlham Əliyev

Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır.

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur: "Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq".

İlham Əliyev bildirib ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb: "Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.

Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...