Xəzər rayonunda Novruz bayramı keçirildi

19 mart 2018-ci il tarixdə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak ediblər.

İlk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması, Bahar qızının qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşılaması tədbir iştirakçılarında xoş ovqat yaradıb. Qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış olublar. Rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları, Kosa, Keçəlin iştirakı şənliyin daha da əyləncəli, şux keçməsinə zəmin yaradıb.

Daha sonra şənlik tanınmış müğənilərin ifaları və kansert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə