“Türk Hava Yolları” Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır

"Türk Hava Yolları" (THY) martın 31-dən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır.

THY-dan açıqlanan məlumatda deyilir ki, ilk mərhələdə martın 31-dən mayın 29-dək baş tutacaq uçuşlar həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.

İyunun 1-dən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tutacaq. Təyyarələrin uçuş saatları yerli vaxtla Antalya-Bakı (AYT BAK) 23:55-3:40, Bakı-Antalya (BAK AYT) 05:15-70:25 göstərilib. Qeyd olunan istiqamətlərdə biletlər artıq satışa təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə