İlahiyyat İnstitutunda Bayram tədbiri təşkil edilib FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Novruz Bayramı münasibətilə tədbir təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş nitqi ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov Novruz Bayramı münasibətilə professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən səmimi arzularını çatdırıb.

C.Məmmədov bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalıb, bu zəngin mənəvi sərvəti əsrlərlə yaşadıb və inkişaf etdirib. O bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır.

Rektor milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlılığını ifadə edib. C.Məmmədov vurğulayıb ki, mənəvi dəyərlərimizin, milli hisslərimizin oyanışının əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur.

C.Məmmədov Novruz Bayramının tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Rektor qeyd edib ki, Novruz Bayramı insanları bir-birinə yaxınlaşdırır, qohumlar bayramlaşır, küsənlər barışır, bayram süfrələri təşkil olunur. Bu bayram mənəvi xəzinəmizdir, ali dəyərimizdir, milli adət-ənənəmizdir.

C.Məmmədov bildirib ki, ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq, ölkəmiz illərdir, Novruz Bayramını geniş şəkildə, rəsmi dövlət bayramı kimi qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti böyük uzaqgörənliklə və uğurla davam etdirir.

Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, can sağlığı, bol ruzi-bərəkət, firavanlıq arzulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə