Ermənistanın “Qazprom”la danışıqları uğursuz başa çatıb

Ermənistan hökumətinin “Qazprom-Armenia” şirkəti ilə təbii qazın qiymətlərinin aşağı salınması üzrə iki ay davam edən danışıqları uğursuz başa çatıb. SİA erməni KİV-nə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.

Onun sözlərinə görə, danışıqlar üçün ayrılan iki aylıq müddət başa çatıb və tərəflər razılığa gələ bilməyiblər. Avinyan əlavə edib ki, danışıqlar davam etdiriləcək və hər hansı nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, hələ ötən ili dekabrında Rusiya şirkəti Ermənistana satılan təbii qazın artırılacağı barədə bəyanat vermişdi. İndi Paşinyan hökuməti əhaliyə satılan mavi yanacağın qiymətinin sabit saxlanılması üçün yeni variantlar axtarır. Lakin ekspertlər bunun mümkün olmayacağını, tezliklə əhaliyə verilən qazın qiymətlərinin artacağını qeyd edirlər. Çünki Ermənistanın baş naziri ötən ilin dekabrında bəyan edib ki, hökumət daxili tələbat üçün təbii qazın qiymətlərinə subsidiya ayırmayacaq və gələcəkdə borc müqabilində qarşı tərəfə heç bir səhmlər və ya müəssisələr verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə