"Dövlət başçımız daim sözünün arxasındadır" MÖVQE

"Dövlət başçısı İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin bir təzahürüdür. Dəfələrlə amnistiya və əfv sərəncamlarının imzalanması Prezidentimizin xalqımızın rifahı naminə çalışdığının bariz nümunəsidir". Bunu SİA-ya açıqlamasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri, şair-publisist, Prezident təqaüdçüsü Lamiyə İsazadə deyib.

İctimai Birliyin sədri bildirib ki, hər il bayramlarda yüzlərlə ailəni sevindirən Ali Baş Komandanımız bu gün də öz humanizm siyasətinə sadiq qalaraq 431 nəfər məhkumu azadlığa buraxmaqla bir daha sübut etdi ki, iqtidarın yürütdüyü siyasət hətta cinayət törətmiş insanları da əfv etməyə qadirdir: "Ümummilli liderimiz Heydər Əliyev siyasətində də həmişə humanizm prinsipi əsas prioritet olmuşdur və bu gün də o prinsiplər davam etdirilir. Hər il Prezidentimizin sayəsində Novruz bayramı xalqımız üçün ikiqat bayram olur. Hər il Novruz bayramında ənənəvi şəkildə imzalanan əfv sərəncamı kifayət qədər insana şamil olunur və o insanlar bayramı öz evlərində ailə üzvləri ilə birlikdə keçirərək dövlətimizin onlara qayğısını hiss edirlər".

L.İsazadə qeyd edib ki, Azərbaycanı hər zaman qərəzli şəkildə tənqid edən müxalifət və beynəlxalq təşkilatlar isə bu cür humanist addımları görməzdən gəlir, səslərini çıxarmırlar: "Çünki onların yeganə prinsipi Azərbaycana təzyiq göstərmək, ikili standartlarla, riyakarlıqla dövlətimizə qarşı çıxmaqdır. Nə qədər ki, xalqımız iqtidar siyasətinə arxalanıb, güvənir, hər zaman xoş günlər görəcəyik. Çünki cənab Prezidentimizin dediyi kimi “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. Dövlət başçımız ölkəmiz üçün atdığı hər addımında bu sözünün arxasında olduğunu təsdiqləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə