“Özbəkistan Hava Yolları”na məxsus yeni təyyarə ilk uçuşunu Bakıya edib

“Özbəkistan Hava Yolları” şirkətinin yeni əldə etdiyi “Airbus A320neo” markalı sərnişin təyyarəsi ilə ilk uçuş Bakıya olub. Şirkətin saytında yer alan məlumata görə, martın 14-də yerli vaxtla saat 13.40-da Daşkənd hava limanından qalxan təyyarə bir qədər əvvəl Azərbaycanın paytaxtında yerə enib.

“Özbəkistan Hava Yolları”nın martın 11-də parkına əlavə etdiyi yeni layner müasir dizayna, fərdi ekranlarla təchiz edilmiş geniş və rahat oturacaqlara, daha güclü səsboğucu sistemə malikdir. Onun mühərriki yanacağı daha səmərli işlədir. Birdəfəlik uçuş məsafəsi 6 min kilometr olan “Airbus A320neo” 12 nəfər biznes, 138 nəfər ekonom sinifdən ibarət olmaqla, ümumilikdə, 150 yerlik salona malikdir. Gələn ay aviaşirkət növbəti “Airbus A320neo” markalı təyyarəni özəlləşdirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...