CESD təlimləri başa çatdı FOTOLAR

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) PH Internationlın təşkilatçılığı ilə martın 13-də Bakı şəhərində "Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçün təlimi proqramını başa vurub. SİA-nın verdiyi məlumata görə, bundan əvvəl keçirilən təlimlərdə olduğu kimi layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə müxtəlif qrupların təmsilçiləri, o cümlədən təhsil sektorunda çalışanlar, gənc aktivistlər, media və vətəndaş cəmiyyəti nümayəndələri iştirakı təmin edilib.

Təlim PH İnternational təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərininin iştirakçıları olmuş İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib. Bununla yanaşı bu istiqamətdə mübarizə siyasətini həyata keçirən bütün qrumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökundən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Xatırladaq ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda deyil, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonlarında paralel olaraq təşkil edilib.

Sonda iştirakçılara PH və CESD-nin beynəlxalq sertifikatı verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...