“Bu il Azərbaycanda mötəbər beynəlxalq yarışlar keçiriləcək”

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, yarışların təşkili ilə Azərbaycana gələn turistlərin sayının cari ildə artacağı gözlənilir

“Azərbaycan bu il də idmanın müxtəlif növləri üzrə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

“Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Bu yarışların təşkili çoxlu sayda azarkeşin ölkəmizə təşrif buyurmasına, eyni zamanda, respublikamızda turizmin və iqtisadiyyatın inkişafına, Azərbaycanın dünyada daha da tanınmasına təkan verir. Keçən il Azərbaycana gələn turistlərin sayı artaraq 3 milyona yaxınlaşıb. Bu il nüfuzlu yarışların təşkili ilə Azərbaycana gələn turistlərin sayının cari ildə də artacağı gözlənilir. Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər irimiqyaslı yarışların təşkili ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, Azərbaycanın peşəkar idman təşkilatçısı kimi tanınmasına səbəb olub”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə