Tələbələr “Xocalıya ədalət!” virtual aksiyasına başlayıb

Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının sosial şəbəkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı dəyirmi masa keçirilib. Universitetdən SİA-ya bildirilib ki, tədbirdə təşəbbüsün həyata keçirilməsi ilə bağlı müxtəlif ideyalar səsləndirilib, fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, aksiya çərçivəsində universitetin tələbələri müxtəlif sosial şəbəkələrdə paylaşımlar edəcək, ATƏT, AŞPA kimi nüfuzlu qurumlara və dünya dövlətlərinin senatorlarına aid elektron poçtlar da daxil olmaqla 1000-dən çox elektron poçta müxtəlif dillərdə məlumatlar ünvanlayacaqlar.

Tədbirdə tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, Xocalı faciəsi xalqımızın tarixinə qanlı hərflərlə yazılmış hadisədir. Xocalı həqiqətlərini beynəlxalq müstəviyə çıxarmaq və dünya ictimaiyyətində qanlı olayla bağlı dolğun fikir formalaşdırmaq dövlətimizin qarşısında duran vacib məsələlərdəndir. Tələbələr də bu işdə öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dil bilgilərindən istifadə edərək sosial şəbəkələr vasitəsilə Xocalı reallıqlarını dünyaya yaymalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə