Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ilk iclası keçirilib. SİA-nın verdiyi çməlumata görə, iclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilib və 2018-ci ildə görülmüş işlər barədə hesabat, iclas iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra 2019-cu il Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib, o cümlədən 2019-cu ildə Gənclər Fondunun maddi texniki bazası əsasında fəaliyyətə başlayan Gənclərin Karyera və İnkişaf Mərkəzinin iş strukturu müzakirə olunub. İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə