Milli Məclisin deputatı Moldovada Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Sabir Haciyev fevralın 21-də Moldova Respublikasının paytaxtı Kişinev şəhərinə səfər edəcək.

SİA-nın məlumatına görə, millət vəkili Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçi missiyasının tərkibində Moldovada keçiriləcək parlament seçkilərini izləyəcək.

Sabir Haciyev, həmçinin Xocalı soyqırımı ilə əlaqədar burada keçiriləcək tədbirdə iştirak edəcək. Deputatımız toplantı iştirakçilarına bu faciə barədə ətraflı məlumat verəcək, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlərdən danışacaq.

Səfər fevralın 26-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...