6 min dilin 43 faizi yox olmaq təhlükəsi altındadır

BMT-nin yaydığı məlumata görə, dünyada mövcud 6 min dilin 43 faizi yox olmaq təhlükəsi altındadır. Hər iki həftədə bir dil varlığını itirir. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, dünya əhalisinin 40 faizi öz ana dilində təhsil almır. Bu da dillərin yox olmasının başlıca səbəblərindəndir.

Məhv olmaq təhlükəsi ilə üzləşən dillər arasında Şimali Qafqazda Qaraçay-Balkar, Xorasan türkcəsi, Qaqauz, Krım-tatar, Gürcüstanda Svan, habelə İrland dili, Sami, Latin Amerikasında Kurripako, Yeni Zelandiyada yerlilərin danışdığı Maori kimi dillər də var.

Bütün xəbərlər Facebook səhifəmizdə