Avtomobil yollarındakı vəziyyət necədir?

Azərbaycanda hava şəraiti ilə bağlı avtomobil yollarındakı vəziyyət açıqlanıb. SİA-nın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, bu gün saat 10:00 üçün Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır.

Onun sözlərinə görə, havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub: “Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur. Giləzi - Xızı yolunda qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır”.

Agentlik rəsmisi bildirib ki, Bakı - Qobustan yolunda da qar yağır, 1-2 dərəcə şaxta var: “Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Həmçinin, Qobustan-Şamaxı-Muğanlı yolunda güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub”.

Bundan başqa, Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib: “Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Bakı - Ələt - Hacıqabul yolunda sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

A.Nəcəfli deyib ki, Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi ndə də yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır: “Muğanlı – İsmayıllı yolunda qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. İsmayıllı – Oğuz – Qəbələ - Şəki yolunda qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır”.

Qurum rəsmisi əlavə edib ki, Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yağış və sulu qar yağır: “Nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır. Gəncə-Daşkəsən - Xoşbulaq yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Həmçinin, Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Lənkəran – Lerik yolunda yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Hacıqabul – Bəhramtəpə – Horadiz yolunun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

Bütün xəbərlər Facebook səhifəmizdə