Yol nişanları və nişanlanmadakı çatışmazlıqlar aradan qaldırılır

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqlar aradan qaldırılması işlərinə başlayıb. SİA Bakı Nəqliyyat Agentliyinin məlumatına istinadən xəbər verir ki, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb. Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq.
Məqsəd, avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə