“Dinimiz – xalqımızın milli sərvətidir” müsabiqəsinə start verilir

Azərbaycan İlahiyyat İnstitutu və “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Dinimiz – xalqımızın milli sərvətidir” müsabiqəsinə start verilir. İnstitutdan SİA-ya bildirilib ki, sosial şəbəkə vasitəsilə təşkil olunacaq müsabiqə dini dəyərlərimizin qorunması, mütaliə, maariflənmə və oxuma mədəniyyətinin təbliği, zənginləşdirilməsi məqsədi daşıyır.

Müsabiqədə iştirak etmək istəyən sosial şəbəkə istifadəçisi kreativ şəkil çəkdirməli və həmin kitabdan seçdiyi ən maraqlı sitatı paylaşmalı, həmin şəkli sitatla birlikdə - info@ait.edu.az elektron ünvanına, yaxud Azərbaycan İlahiyyat İnstitutunun rəsmi “Instagram” səhifəsinin mesaj bölümünə göndərməlidir.

Müsabiqəyə şəkillər fevralın 15-i saat 18:00-dan fevral 24-ü saat 12:00-a qədər göndərilməlidir. Bu müddət ərzində göndərilmiş şəkillərdən ən yaxşı 10 sitat seçiləcək və institutun rəsmi “Instagram” səhifəsində paylaşılacaq. Şəkillər 3 gün müddətində (25-28 fevral) bəyənmə (like) sayına görə seçiləcək.

“Kitabevim.az”dan birinci yerin sahibi 50, ikinci yerin sahibi 30, üçüncü yerin sahibi 20 manatlıq hədiyyə kuponu qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə