Tanınmış jurnalistə ağır itki üz verib

Tanınmış jurnalist, "İki Sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadəyə ağır itki üz verib. SİA-nın verdiyi məlumata görə, V.Rəhimzadənin bacısı Pakizə Paşayeva dünən gecə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Naxçıvan MR-in Culfa rayonunda yaşayırdı.

SƏS Media Qrupun əməkdaşları mərhumun vəfatından kədərləndiklərini bildirir, yaxın dosumuz, həmkarımız Vüqar Rəhimzadəyə və yaxınlarına dərin hüznlə bağsağlığı verirlər.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə