Sudanda bütün ölkə işıqsız qalıb. SİA bu barədə "Al-Arabia" telekanalına istinadən xəbər verir. Ölkənin Su, Suvarma və Elektrikləşdirmə Nazirliyi də Sudanda elektrik enerjisinin tamamilə kəsildiyini açıqlayıb.

Hazırda mühəndislər və texniklər elektrik şəbəkələrində gücün tədricən bərpası və stansiyanın fəaliyyətini təmin etmək üzərində çalışırlar.

Qeyd olunur ki, 2018-ci ildən indiyədən Sudanda elektrik enerjisinin tamamilə kəsilməsi halı 4 dəfə baş verib. İki hal ötən ilin yanvar və fevral aylarında, üçüncü belə hal isə cari ilin yanvarında baş verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə