Millət vəkili: "Prezident apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaq" - Açıqlama

Bu günlərdə məşhur "Formula 1” yarışının Bakıda keçirləməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar. SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin üzvü Aydın Mirzəzadə bildirib.

O, əlavə edib ki, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanı cəlbedici və perspektivli ölkə olması anlamına gətirdi: "Həmçinin ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəminin formalaşması yarışın gözəlliyini daha da artırır. Heç bir şübhə ola bilməz ki, prezident apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...