Avropada 82,5 min nəfər qızılca xəstəliyinə tutulub

2018-ci ildə Avropa ölkələrində 82,5 mindən çox insan qızılca xəstəliyinə tutulub. SİA-nın xəbərinə görə, Ümumdünya Sahiyyə Təşkilatının Avropa regional ofisi tərəfindən açıqlanan hesabata görə, 2018-ci ilin yanvar ayından 2019-cu ilin 1 fevral tarixinə qədər regionun 53 ölkəsindən 47-dən 82 596 nəfər qızılca xəstəliyinə tutulub. 72 nəfər həlak olub.

Qızılca infeksiyasının ən yüksək göstəriciləri Gürcüstan, Ukrayna, Albaniya, Çernoqoriya, Yunanıstan, Rumıniya, Fransa və bir sıra başqa ölkələrdə qeyd olunur.

Hesabatda bildirilir ki, 2018-ci ildə Ukraynada qızılca xəstəliyinə tutulma vəziyyəti 1 milyon əhaliyə 1209,25 haldır. Gürcüstanda 563,8, Albaniya 499,6, Çernoqoriya 322,6, İsrail 345,3, Fransa - 44.7, İtaliya 42.5 haldır.

2018-ci ildə İngiltərə, Almaniya, Belçika, Bolqarıstan, İsveçrə, Slovakiya, Polşa, Qazaxıstan, həmçinin dünyanın digər ölkələrində qızılca epidemiyası qeyd edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...